Sizin Reklam Burada
RU
21:03

Skuterdən yıxılan 57 yaşlı kişi 10 gün sonra öldü

Yasamal rayonunda skuterdən yıxılaraq ağır xəsarət alan şəxs vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bədbəxt hadisə avqustun 22-si saat 10 radələrində Tbilisi prospekti 1054-ün qarşısında baş verib.

Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Həsən Faiq oğlu Xəlilov idarə etdiyi skuterdən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş H.Xəlilov sentyabrın 1-i orada ölüb.

Araşdırmalar aparılır.

Çox oxunanlar