“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.
Rusiya lideri bildirib ki, Rəsmi İrəvan bunun vacib olduğunu hesab edərsə, Rusiya Ermənistandakı hərbi varlığını qorub saxlamağa hazırdır.
Bununla belə, Putin Ermənistan tərəfinin istənilən qərarına hörmətlə yanaşacaqlarını vurğulayıb:
“Əgər Ermənistan ölkədəki Rusiya hərbi bazasına artıq ehtiyac olmadığını hesab edərsə, Rusiya elə sabah çıxıb getməyə hazırdır”.
Xatırladaq ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası iki ölkə arasında 1995-ci ildə imzalanmış müqavilə əsasında fəaliyyət göstərir və onun qalma müddəti 2010-cu ildə edilən dəyişikliklə 2044-cü ilə qədər uzadılıb.
