Sizin Reklam Burada
RU
12:15

Akşin Babayev ACBJJ-22 Avrasiya Çempionatının qalibi olub

Türkiyənin İstanbul şəhərində avqustun 30-da dünyaca tanınmış döyüş idman növləri təşkilatı ACBJJ tərəfindən növbəti — ACBJJ-22 turniri keçirilib.

Braziliya Ciu-Citsu (BJJ) üzrə təşkil olunan Avrasiya Çempionatında müxtəlif ölkələrdən tanınmış və peşəkar idmançılar mübarizə aparıblar. Yarışda UFC-nin tanınmış simaları, o cümlədən Bilal Muhammad, Zabit Magomedsharipov və Jalal Yosef də iştirak ediblər.

Mötəbər turnirdə Azərbaycanı MMA və qrapplinq üzrə tanınmış idmançı, Avropa və dünya çempionu Akşin Babayev və onun məşqçisi, Braziliya Ciu-Citsu üzrə qara kəmər sahibi Anar Səfərov təmsil ediblər.

Akşin Babayev BJJ No-Gi (kimonosuz) kateqoriyasında uğurla çıxış edərək Türkiyənin tanınmış idmançısı Yunus Emre Batani üzərində qələbə qazanıb və yarışın qalibi olub.

Qeyd edək ki, Akşin Babayev ACBJJ liqasına xüsusi dəvət alan və Azərbaycanı bu təşkilatda təmsil edən yeganə idmançıdır.

Onun ACBJJ-22 Avrasiya Çempionatında qazandığı qələbə Azərbaycan döyüş idmanlarının beynəlxalq arenadakı növbəti uğurlarından biri kimi dəyərləndirilir.

Çox oxunanlar