“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi teleqram kanalında məlumat yayıb.
Nazirlikdən bildirilib ki, “Mərkəz” qoşun qruplaşmasının PUA bölmələri düşmən səngərlərinə vərəqələr atmaqla Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçilərinə könüllü şəkildə təslim olmağı təklif edirlər.
Yayımlanan videoda rusiyalı hərbçi bu əməliyyatların Donetsk vilayətinin Dobropolye qəsəbəsi istiqamətində həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ukraynalı əsgərlər bu çağırışlara reaksiya verirlər və könüllü təslim olma halları artıq kütləvi xarakter almağa başlayıb.
