Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının inzibati binasında, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 - ci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq “Heydər Əliyev irsi Azərbaycanda əbədi davam edəcəkdir” mövzusunda konfrans keçirilib.Konfransda YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Ərazi Partiya təşkiat sədrləri, Ağsaqqallar, Gənclər, YAP fəalları və ictimayyət nümayəndələri iştirak etmişdir. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov giriş sözü ilə çıxış edərək bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycançılıq ideologiyasını Azərbaycan dövlətinin ana xətlərindən birinə çevirərkən ilk növbədə tarix boyu əldə edilmiş zəngin təcrübədən məharətlə və uzaqgörən bir strateq kimi istifadə etdi. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Ulu Öndər Heydər İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin ölkəmizin hərbi qüdrəti ilə yanaşı, həm də Ümummilli Liderimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsi olduğu bildirilib. Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları daim xalqımızın firavan həyatının təmin olunmasına, dövlətimizin güclənməsinə və qüdrətlənməsinə misilsiz töhfələr verdiyini diqqətə çatdırılıb.




