Sizin Reklam Burada
RU
18:07

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovun “Yeni Tərtər “ qəzetinin 90 illik yubleyi ilə əlaqədar təbriki..

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovun “Yeni Tərtər “ qəzetinin 90 illik yubleyi ilə əlaqədar təbriki..

Radionun və televiziyanın təşəkkül tapmadığı dövrdə mətbuat qədim informasiya vasitəsi olmuşdur. Azərbaycan tarixinə ilk mətbu orqan kimi daxil olaraq fəaliyyətə başlayan “Əkinçi” qəzetinin ənənələrini rayonumuzda layiqincə davam etdirən və bu gün 90 yaşını qeyd etməyə hazırlaşdığımız “Yeni Tərtər” qəzeti rayonumuzun ictimai-siyasi həyatında mühüm rol oynayır. Bu gün “Yeni Tərtər” qəzetinin bayramıdır, onun timsalında rayonumuzun, ümumilikdə isə mətbuatımızın bayramıdır.
“Yeni Tərtər” qəzeti region qəzeti olaraq müxtəlif sahələr üzrə dərc etdiyi məqalələr, publisist yazılarına və digər sahələri əhatə edən mözvulara görə heç də Respublikanın mərkəzi mətbu orqanlarından geri qalmır. Hətta onlarla bir sırada dayanır. Qəzet mütəmadi olaraq istər rayonumuzun , istərsə də ölkəmizin tarixinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə aid mözularla çıxış edir.
“Yeni Tərtər” qəzeti Ulu Öndər Heydər Əliyevin ideyalarının və onun zəngin irsinin öyrənilməsində və təbliğində , rayonumuzun əhalisinin maariflənməsində və məlumatlandırılmasında böyük xidmətləri olmuşdur.
Bu gün eyni zamanda “Yeni Tərtər” qəzeti Müzəffər Ali Baş Komandan , Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının apardığı məqsədyönlü siyasətin təbliğində geniş rol oynayır. Bu öndan irəli gəlir ki, hazırda qəzetin çox mütəşəkkil , peşəkar, yüksək səviyyəli jurnalista qabiliyyətinə malik yaradıcı kollektivi var.
Qeyd etməliyəm ki, qəzetimiz Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının keçirdiyi bütün tədbirlərdə yaxından iştirak edir və səhifələrində işıqlandırır.
Mən YAP Tərtər rayon təşkilatının sədri və eyni zamanda rayon ziyalısı olaraq 90 illik yubiley münasibətilə “Yeni Tərtər”qəzetinin baş redaktoru Svetlana xanım Bağırova başda olmaqla bütün kollektivi səmimi qəlbdən təbrik edir, onlara nəcib peşələrində uğurlar arzulayıram.

Çox oxunanlar