2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq fərdi görüşlər keçirib. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Millət vəkili Aqil Məmmədovun köməkçisi Zahir Əliyev və Partiyanın əməkdaşları Ağdam «Dördyol -2» qəsəbəsində 101 yaşlı Peykar Həsənovanı, Yevlax rayonunda 94 yaşlı Qəzənfər Musayevi, şəhid Elçin və qazi İlkin Salmanov qardaşlarının valideynlərini, Goranboy rayonunda «Qarabağ» ordenli şəhid Azər Mikayılovun, Mingəçevir şəhərində lokal xarakterli antiterror əməliyatında şəhid olmuş Cahangir Tağızadənin, şəhid Taleh Muxtarovun ailələrin ziyarət ediblər. Kəlbəcərlilər İlham Əliyevi seçir!







