ABŞ Ukraynaya yardım üçün ümumilikdə 110,97 milyard dollar göndərib.Bu barədə “Foks Nyus” kanalı Ağ Evin İdarəetmə və Büdcə Ofisinin məktubuna istinadən məlumat yayıb.
Sənəd bir qrup respublikaçı senatorun 2023-cü ilin yanvarında Ağ Evə göndərilmiş sorğusuna cavab olaraq hazırlanıb. Məktubda bildirilir ki, ümumi məbləğin 101,19 milyard dolları artıq xərclənib. O da qeyd olunur ki, bu məbləğ Amerika lideri administrasiyasının Ukraynaya vəsait ayırmaq barədə yeni müraciətini nəzərə almır.
