Sizin Reklam Burada
RU
07:01

Moskva meri 2 dronun zərərsizləşdirildiyini açıqlayıb

Moskva meri 2 dronun zərərsizləşdirildiyini açıqlayıbRusiyanın paytaxtı Moskvanın meri Sergey Sobyanin Moskva vilayətində 2 dronun hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə mer teleqramda bildirib.

“Hava hücumundan müdafiə iki zərbə dronunu vurub. Biri Krasnoqorsk, digəri Çatsov ərazisində”, - o yazıb.

Ölkənin Müdafiə Nazirliyi də 2 dronun vurulduğunu təsdiqləyib.

Xatırladaq ki, Moskva vilayətinə dron hücumu olub. Paytaxtın hava limanları bağlanıb.

Çox oxunanlar