Sizin Reklam Burada
RU
14:44

Rusiya eston diplomatı ölkədən qovur

Rusiya eston diplomatı ölkədən qovurRusiya Tallinin addımına cavab olaraq eston diplomatı ölkədən qovur.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Martın 31-də Estoniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Yana Vanamyolder Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiyanın Tallindəki səfirliyinin əməkdaşının martın 24-də heç bir əsas olmadan arzuolunmaz şəxs elan edilməsi ilə bağlı ona kəskin etiraz bildirilib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Moskva Estoniya hakimiyyətinin Rusiyaya qarşı davamlı təxribat fəaliyyətinə cavab tədbirləri həyata keçirməyə məcbur olacaq:

“İkitərəfli münasibətlərin tamamilə dağılmasına görə məsuliyyət Tallində belə qərarlar qəbul edənlərin vicdanına düşür”

Çox oxunanlar