Sizin Reklam Burada
RU
12:44

Kritik 24 saat: Ərdoğanla Putinin danışığı gözlənilir

Kritik 24 saat: Ərdoğanla Putinin danışığı gözlənilirTaxıl müqaviləsinin müddətinin uzadılması məsələsində qarşıdan kritik 24 saat gəlir. Türkiyə və Rusiya prezidentləri Ərdoğan və Putin arasında danışıqlar mümkündür.

Bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

“Taxılla bağlı razılaşma üçün kritik 24 saat. BMT və Türkiyənin vasitəçiliyi ilə imzalanmış “taxıl dəhlizi”nə dair saziş sabah başa çatır. Moskva razılaşmanın uzadılmasının tərəfdarı olmasa da, Ərdoğanla Putin arasında telefon danışığı olacağı gözlənilir”, - məlumatda deyilir.

Nəşrin məlumatına görə, taxıl müqaviləsi çərçivəsində yarısı qarğıdalı olmaqla 30 milyon ton taxıl daşınıb.

Çox oxunanlar