Rusiya Prezidenti Vladimir Putin gələn həftə Türkiyənin "Akkuyu" atom elektrik stansiyasına yanacaq yükləmə mərasimində videobağlantı vasitəsilə iştirak edəcək.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Aprelin 27-də Akkuyu AES-də nüvə yanacağının tədarükü mərasimi olacaq və bununla da AES nüvə statusu alacaq. Hörmətli cənab Putin mərasimə videokonfrans vasitəsilə qoşulacaq”, - Ərdoğan bildirib.
