Sizin Reklam Burada
RU
08:04

Mərakeşdə zəlzələdə ölənlərin sayı 3 minə çatır

Mərakeşdə zəlzələdə ölənlərin sayı 3 minə çatırMərakeşdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2946 nəfərə çatıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ən azı 5674 insanın xəsarət aldığı bildirilib. Qurbanların ən çox Əl-Hauz və Tarudant vilayətlərindən olduğu bildirilib.

Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ sentyabrın 8-i yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

Çox oxunanlar