Polşanın Milli Müdafiə Nazirliyi 1,7 min kəşfiyyat PUA-sı alacaq.Axar.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Sentyabrın 5-də Keltsedə keçirilən 31-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi zamanı milli müdafiə naziri Mariuş Blaşak Polşa Respublikasının Prezidenti Andjey Dudanın iştirakı ilə “FlyEye” kiçik pilotsuz təyyarə sistemlərinin tədarükünə dair çərçivə sazişini təsdiqləyib”, - məlumatda qeyd edilib.
Bildirilir ki, Silah Agentliyi ilə istehsalçı "WB Electronics S.A." arasında bağlanan müqaviləyə görə, 2035-ci ilin sonuna qədər 1,7 min PUA-nın alınması nəzərdə tutulur.
