Sizin Reklam Burada
RU
09:28

Yunanıstanda meşə yanğınları onlarla insanın həyatına son qoyub

Yunanıstanda meşə yanğınları onlarla insanın həyatına son qoyubYunanıstanda meşə yanğınları onlarla insanın həyatına son qoyub.

"Report" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Agentlik qeyd edib ki, yanğınların baş verdiyi ərazidə 26 miqrantın meyiti aşkarlanıb. Üç gün ərzində yanğınlar 43 min hektardan çox ərazini əhatə edib.

Afinanın şimal ətrafı olan Ano Llosia şəhərinin hakimiyyət orqanları sakinlərin təxliyəsi barədə göstəriş verib. Yaxınlıqdakı Fili şəhərində bir neçə bina yanıb. Attika, Şərqi Makedoniya və Trakiyanın bəzi bölgələrində də təxliyə barədə göstərişlər var.

Paytaxtdan 15 km aralıda yerləşən Aspropirqos şəhəri yaxınlığında baş verən yanğını da nəzarət altına almaq mümkün olmayıb. Hazırda 120-dən çox yanğınsöndürən alovun qarşısını almağa çalışır, 9 yanğınsöndürən təyyarə də hadisə yerindədir.

Yunanıstan hökuməti Almaniya, İsveç, Çexiya və Xorvatiyadan kömək istəyib.

Çox oxunanlar