Rusiya Kiyevə qarşı hərbi əməliyyatlar apardığı zonada Qərbi Almaniya ölçüsündə minalanmış sahələr salıb. Kiyev bunların öhdəsindən gəlmək üçün Qərb tərəfdaşlarından vasitələr istəyir.Axar.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib.
“İndi vəziyyət belədir ki, ilk növbədə Ukraynanın şərqində nəhəng mina sahələri var. Belə şəraitdə Ukrayna qüvvələri bəzən tələyə düşürlər. Mina yerləşdirilən sahələrin Qərbi Almaniya ölçüsündə olduğu təxminləri var. "Bu mina sahələrini necə aradan qaldırmaq olar" sualı meydana çıxır”, - Berbok bildirib.
