Sizin Reklam Burada
RU
18:01

Səudiyyə XİN başçısı İrana gedir

Səudiyyə XİN başçısı İrana gedirSəudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan iyunun 24-də Tehrana səfər edəcək.

Bu barədə İranın "Tasnim” agentliyi məlumat yayıb.

Səfər zamanı nazirin Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin yenidən açılması mərasimində iştirak edəcəyi ehtimal edilir.

Qeyd edək ki, İranın Ər-Riyaddakı səfirliyi və Ciddə şəhərindəki konsulluğu 7 il fəaliyyətini dayandırdıqdan sonra ötən həftə missiyalarını bərpa edib.

Çox oxunanlar