Sizin Reklam Burada
RU
12:02

Polşada narahatlıq: "Ölkə hibrid müharibə vəziyyətindədir"


"Polşa bu gün hibrid müharibə vəziyyətindədir".

Bu sözləri Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik "Gələcəyin Polşası" kampusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Lider.com.az bu barədə RBC-yə istinadən xəbər verir.

Sezari Tomçikin sözlərinə görə, Polşa bu gün de-fakto hibrid müharibəsi ilə üz-üzədir. Bunun təsdiqi kimi, müdafiə nazirinin müavini Belarusla sərhəddəki vəziyyəti və Polşa ərazisinə uçan Rusiya meteozondlarını göstərib.

"Polşada hər il təxminən beş min haker hücumu qeydə alınır", - deyə o əlavə edib.

Bundan əvvəl Polşa artilleriya sursatlarının alınması üçün irihəcmli müqavilə imzalayıb.

Çox oxunanlar