Sizin Reklam Burada
RU
15:07

Misir prezidenti ilk dəfə Türkiyəyə səfər edəcək


Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin sentyabrın 4-də Türkiyəyə səfər edəcəyi gözlənilir.
Lider.com.az bu barədə "Haber Global"a istinadən xəbər verib.

Məlumatda qeyd olunur ki, dövlət başçıları Türkiyə-Misir Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasına rəhbərlik edəcəklər.

İki ölkə liderinin Yaxın Şərqdə, o cümlədən Qəzzadakı durumu müzakirə edəcəkləri gözlənilir. Tərəflər arasında bir çox sahədə sənədlərin imzalanması nəzərdə tutulub.

Məlumat üçün əlavə edək ki, bu, Əbdülfəttah Əs-Sisinin prezident kimi Türkiyəyə ilk səfəridir.

Çox oxunanlar