Sizin Reklam Burada
RU
15:05

İsrail Mahmud Abbasın Qəzzaya səfərinə razı olmadı


İsrail Fələstin Prezidenti Mahmud Abbasın Qəzza zolağına səfər etməsinə razı olmayıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstin Prezidentinin beynəlxalq əlaqələr üzrə müşaviri və onun xüsusi nümayəndəsi, nazir Riyad əl-Maliki bildirib.

“Biz icazə istəmədik. Prezidentin Qəzzaya gedəcəyini bildirdik. Daha sonra İsrailin cavabı gəldi və bildirildi ki, onlar Prezident Mahmud Abbasın Qəzzaya girməsinə icazə verməyəcəklər”, – məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Abbasın Qəzza zolağına səfər etmək niyyətində olduğu xəbəri yayılmışdı.
Lider.com.az

Çox oxunanlar