Suriya mediası İsrailin Hələb şəhərinə və şəhərdə yerləşən hava limanı yaxınlığına raket zərbələri endirdiyini bildirir.Bu barədə Suriyanın "Sana" adlı dövlət informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, dünən yerli saatla 23:35-də endirilən zərbələr zamanı Suriya ordusunun bir hərbçisi ölüb, 7 nəfər yaralanıb.
Suriya ordusu raketlərdən bir neçəsini havada zərərsizləşdirib. Raket zərbələrindən sonra Hələb Beynəlxalq Hava Limanının fəaliyyəti dayandırılıb.
İsrail rəsmiləri aviazərbələr barədə heç bir açıqlama verməyib.
