İsrailin Baş naziri Benyamin Netanyahu hesab edir ki, İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almağın yeganə yolu real hərbi əməliyyatlardır.Hökumət başçısı bu barədə "CNN" telekanalına müsahibəsində danışıb.
Baş nazir İsraili, ABŞ-ı və qonşu ərəb ölkələrini nəzərdə tutaraq, İrana qarşı mübarizə aparmağın hamının borcu olduğunu söyləyib: “Bu, bizim hamımızın borcudur”.
“Müşahidələrimiz göstərir ki, bizim iqtisadi və siyasi səylərimiz İranın ilkin planlarını alt-üst edib",- deyə Netanyahu vurğulayıb.
