Sizin Reklam Burada
RU
10:36

HƏMAS hücumu: ölən israillilərin son sayı açıqlandı

HƏMAS hücumu: ölən israillilərin son sayı açıqlandıOktyabrın 7-də HƏMAS-ın hücumundan sonra həlak olan israillilərin sayı 600-ü keçib.

Axar.az xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 2000-dən çox yaralı var.

“İsrail rəsmiləri bu rəqəmlərin son olmadığını və ölən və yaralananların sayının artmağa davam edəcəyini vurğulayırlar”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, İsrail ordusu hərbi əməliyyatlar başlayandan bəri Müdafiə Qüvvələrinin 26 hərbçisinin həlak olduğunu açıqlamışdı.

***

HƏMAS-ın hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 700-ü keçib.

Yaralıların sayının isə 2,2 mini keçdiyi bildirilib.

Çox oxunanlar