İslam Gəncləri Təşkilatı Pakistanın Kvetta şəhərində “İƏT Sammitinin Simulyasiya Konfransı” təşkil edib. Konfransa İslam Gəncləri Təşkilatının prezidenti Hammad Xan Kakar sədrlik edib.Konfrans iştirakçıları Qarabağda erməni hərbi təxribatını pisləyiblər.
Kakar Avrasiya.net-ə deyib ki, təşkilat konfransda Ermənistanın Qarabağdakı hərbi təxribatını kəskin pisləyən iştirakçıları bir araya gətirib:
"Bu tədbir müsəlman dünyasının üzləşdiyi aktual problemlərə dair müzakirələr üçün platforma yaratmaqla İƏT sammitini simulyasiya etmək məqsədi daşıyırdı. Konfrans təxribata qarşı kollektiv mövqe nümayiş etdirməklə İƏT-ə üzv dövlətlər arasında həmrəylik və birliyin vacibliyini vurğuladı".
Qeyd edək ki Prezident Hammad Xan Kakarın konfrans sədri kimi rolu onun regionda sülhün və ədalətin təşviqində davamlı səylərini nümayiş etdirib.

