Sizin Reklam Burada
RU
09:46

NATO-dan Ankaradakı teraktla bağlı açıqlama

NATO-dan Ankaradakı teraktla bağlı açıqlamaAnkarada Daxili İşlər Nazirliyinə qarşı törədilən terror aktını şiddətlə qınayır, xidməti vəzifələrini yerinə yetirərkən yaralanan polis əməkdaşlarına tezliklə şəfa diləyirəm.

Bunu NATO Baş katibi Yens Stoltenberq X sosial şəbəkəsində bildirib.

"NATO terrorla mübarizədə Türkiyə ilə həmrəydir”, - o bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankarada DİN binası qarşısında terakt törətməyə çalışan terrorçulardan biri zərərsizləşdirilib, digəri isə özünü partladıb

Çox oxunanlar