İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) müfəttişlərinin fəaliyyətinin qarşısını kəsmək niyyətində deyilik.Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi deyib.
“Anlayın, niyyətimiz MAQATE-nin yoxlamasının qarşısını almaq olsaydı, biz bunu birbaşa ifadə edərdik”, - deyə o bildirib.
Qeyd edək ki, İran MAQATE-nin uranın zənginləşdirilməsi obyektlərini təftiş edən bir neçə müfəttişinin akkreditasiyasını ləğv edib.
